Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
Bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə məlumat verib. O diqqətə çatdırıb ki, Vaşinqton Belarusla münasibətlərini qaydasına salıb normallaşdırmağa, iqtisadi-ticari əlaqələr qurmağa maraqlıdır.
"Ölkələrimiz arasında hər hansı fikir ayrılığı varsa, onları şişirtməyə ehtiyac yoxdur. Prezident Donald Tramp münasibətlərimizin normallaşması üçün səy göstərməyə hazırdır", – diplomat vurğulayıb.
O, Minskdə səfirliyin açılmasının təqribi tarixini söyləməsə də, bildirib ki, bu, "yaxın gələcəkdə" həyata keçiriləcək.
"Səfirlik məsələsi danışıqlar prosesinin bir hissəsidir. Bu minvalda lazımi işlər aparılacaq", – Con Koul deyib.
Xatırladaq ki, 2022-ci ilin fevralında Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar ABŞ diplomatlarını Belarusdan çıxarmış, Minskdəki səfirliyin fəaliyyətini dayandırmışdı.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Ölkələrimiz arasında hər hansı fikir ayrılığı varsa, onları şişirtməyə ehtiyac yoxdur. Prezident Donald Tramp münasibətlərimizin normallaşması üçün səy göstərməyə hazırdır", – diplomat vurğulayıb.