Vaşinqton Paris diplomatik qalmaqalı

29.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın BMT yanında daimi nümayəndəliyinin diplomatları bazar ertəsi Fransa nümayəndəsinin çıxışına etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk ediblər.

Bu addımın ötən həftə Fransa diplomatlarının Vaşinqtonla bağlı verdiyi bəyanata etiraz olaraq atıldığı deyilir. Fransa təmsilçisinin çıxışı zamanı BMT TŞ-da ABŞ nümayəndələrinin masası boş qalıb. ABŞ-ın BMT yanında daimi nümayəndəsinin müavini Den Neqrea bu addımın səbəbini belə izah edib: “Demək istərdim ki, Təhlükəsizlik Şurasında elə bir üzv var ki, daim özünü haqlı kimi göstərir və istənilən mövzuda başqalarına dərs keçməyə çalışır. İstər bu gün müzakirə etdiyimiz Ukrayna münaqişəsi, istərsə də sülh və təhlükəsizliklə əlaqəsi olmayan insan hüquqları kimi məsələlər olsun. Məhz buna görə Fransa nümayəndəsi danışanda zalı tərk etdik”.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью