Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən bir neçə ildir, davam edən iqtisadi böhrandan travma alan «Washington Post » qəzetində ixtisarlar baş tutub. Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, həmin gün səhər onlayn görüş zamanı İcraçı Direktor Mett Murrey bütün şöbələrə təsir edən kütləvi ixtisar planını elan edib. "Amazon"un rəhbəri Ceff Bezosa məxsus şirkət, ümumilikdə 800 jurnalistdən 300-ü daxil olmaqla, işçilərinin təxminən üçdə biri ilə yollarını ayıracaq. Bu kəskin tədbirlər 2023-cü ildən bəri yığılan maliyyə itkilərini aradan qaldırmaq üçün nəzərdə tutulub.
"Washington Post" əməkdaşlarının verdiyi məlumata görə, son üç ildə işçilərin sayı artıq 400 nəfər azalmışdı. Qeyd olunub ki, bu dəfə qəzetin bütün bölmələri məhv ediləcək: yerli xəbərlər, idman, kitablar bölməsi, Qüds və Kiyevdəki ofislər də bağlanacaq.
Qəzetin Qahirə müxbiri Kler Parker "X" platformasında yazıb: "Washington Post"dan , bütün Yaxın Şərq müxbirləri redaktorlarımızla birlikdə işdən çıxarılıb. Məntiqi anlamaq çətindir".
Aydın Baxış