GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İran hər dəfə danışıqlara xoş niyyətlə daxil olsa da, qarşı tərəfə heç bir etibar yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Vahid Əhmədi deyib.
O qeyd edib ki, əgər ABŞ İranın tələblərinə diqqət yetirməsə və müsbət cavab verməsə, Tehran nə danışıqlara bağlanır, nə də onlardan böyük gözlənti güdür.
Əhmədi bildirib ki, hazırda qərarı ABŞ verməlidir: ya İranın tələblərini qəbul edəcək, ya da etməyəcək.
Onun sözlərinə görə, əgər Vaşinqton bunu etməzsə, Tehran prosesin davamı və hətta münaqişənin eskalasiyası ilə bağlı çəkinməyəcək.
Safura Bənnayeva
Globalinfo.az