Vaşinqton Qrenlandiyada hərbi və iqtisadi mövqelərini GENİŞLƏNDİRİR

23.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və Şimali Atlantika Alyansının baş katibi Mark Rütte tərəfindən formalaşdırılan razılaşma Qrenlandiyada Amerika raketlərinin yerləşdirilməsini, həmçinin Vaşinqtona adada faydalı qazıntıların çıxarılması hüququnun verilməsini nəzərdə tutur.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda Rütte ilə görüşündən sonra açıqladığı çərçivə razılaşması Qrenlandiyada ABŞ raketlərinin yerləşdirilməsini, Çinin təsirinin qarşısını almaq məqsədilə faydalı qazıntıların hasilatına hüquqların verilməsini və NATO-nun adadakı mövcudluğunun gücləndirilməsini əhatə edir. Bu barədə Bloomberg-ə adının açıqlanmasını istəməyən avropalı rəsmi bildirib.

Digər mənbənin sözlərinə görə, razılaşmaların icrası ABŞ prezidentinin Avropa ölkələrinə qarşı gömrük rüsumları tətbiq etməyəcəyi ilə bağlı verdiyi vədə əməl edib-etməyəcəyindən asılı olacaq.

Məlumatda həmçinin qeyd olunur ki, Tramp və Rütte arasında aparılan danışıqlarda Qrenlandiyanın suverenliyi məsələsi müzakirə olunmayıb. NATO-nun baş katibinin sözlərinə görə, ABŞ hərbi kontingentinin sayının artırılması mövzusu da gündəmə gətirilməyib. Bununla belə, Danimarka hökuməti belə bir ssenariyə “tam hazır” olduğunu bəyan edib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью