“Vaşinqton razılaşmaları Cənubi Qafqazın gələcəyi üçün çox müsbətdir Erməni səfir

28.10.2025

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Ermənistan və Azərbaycan arasında imzalanan Vaşinqton sazişləri yaxın gələcək üçün böyük əhəmiyyətə malikdir və iki ölkənin münasibətlərinin normallaşmasına kömək etmək məqsədi daşıyır”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan yunan mediasına bildirib.

“8 avqustda Ağ Ev vasitəsilə Ermənistan və Azərbaycan arasında münasibətlər haqqında bəyannamə imzalandı. ABŞ prezidenti də şahid qismində bu bəyannaməyə imza atıb. Bu, çox vacib və tarixi bir sənəddir və Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri, Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması ilə müşayiət olunub”. 

Erməni səfir deyib ki, Azərbaycan tərəfi ilə fəal dialoq aparılır və bu, Cənubi Qafqazın gələcəyi üçün çox müsbət bir inkişafdır. İndi münasibətləri dinc və tərəfdaşlıq əsasında inkişaf etdirmək imkanı var.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью