Vaşinqton razılaşmaları nəticə verib

08.08.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan parlamentinin sədri Ruben Rubinyan ötən il Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların praktiki nəticələrinin artıq müşahidə edildiyini bildirib.

Modern.az xəbər verir ki, Ruben Rubinyan bu barədə Vaşinqtonda bəyannamənin imzalanmasının birinci ildönümü ilə əlaqədar yayımladığı videomüraciətdə danışıb.

O bildirib ki, sənəd imzalanarkən onun real sülhə gətirib çıxaracağına şübhə ilə yanaşanlar var idi.

“Bir il əvvəl Vaşinqtonda sülh bəyannaməsi imzalananda skeptiklər bunun real sülhə gətirib çıxaracağına inanmırdılar. Onlar bunun sərhəddə bitmək bilməyən atışmalara və qurbanlara son qoyacağına inanmırdılar. Onlar bizim blokada vəziyyətindən çıxacağımıza inanmırdılar”, - Rubinyan deyib.

Ermənistan parlamentinin sədrinin sözlərinə görə, sonrakı proseslər bu yanaşmaların əksini göstərib. O qeyd edib ki, Ermənistan blokada vəziyyətindən çıxmaqla yanaşı, Azərbaycan ərazisindən keçməklə dünya ilə dəmir yolu əlaqəsi əldə edib və kommunikasiyaların açılmasının müsbət nəticələrini hiss edən ilk tərəf olub.

Rubinyan Türkiyə istiqamətində də oxşar prosesin getdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə bir müddət əvvəl Ermənistanın bu ölkənin dəmir yolu şəbəkəsindən istifadəsinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

“Bu, real sülhdür və buna sevinmək lazımdır. Biz sülhə layiqik. Bəli, hələ bütün problemlər həll olunmayıb”, - Ermənistan parlamentinin sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью