Vaşinqton Rusiya və Belarusa tariflərin tətbiq edilməməsinin səbəbləri barədə yalan danışır

03.04.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq aydın olduğu kimi, Trampın “Azadlıq günü” siyahısında Rusiya, Belarus, Şimali Koreya və Kuba yoxdur. Yeni gömrük rüsumları burada qüvvəyə minmədi.

Bizimyol.info xəbər verir ki, Ağ Evin mətbuat katibi Caroline Leavitt, Amerikanın "Axios" media orqanına verdiyi açıqlamada, Amerika sanksiyalarının Rusiya ilə "hər hansı əhəmiyyətli ticarətin qarşısını aldığını" söyləiib. Lakin yaxından təftiş etdikdən sonra məlum oldu ki, ötən il ABŞ-ın Rusiya və Belarusla ticarət dövriyyəsi təxminən 3,5 milyard dollar təşkil edib.

Bu barədə Fransanın “Le Monde” qəzeti yazır. Les Décodeursun hesablamalarına görə, ABŞ Ticarət Nümayəndəliyi Ofisinin metodologiyasına və Census tərəfindən toplanan dollarla idxalın həcminə dair rəsmi məlumatlara əsaslanaraq (INSEE-nin Amerika ekvivalenti) Rusiya bu yeni tariflərdən təsirlənən ölkələr siyahısında olsaydı, 42% zərər çəkəcək, Belarus isə yeni tariflər siyahısından 4% təsirlənə biləcəkdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью