“Vaşinqton sülh prosesinin iştirakçısı olmalıdır” Zelenski

21.05.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müttəfiqləri ilə Rusiya ilə birbaşa danışıqların növbəti mərhələsini müzakirə etdiyini bildirib.

“Ölkə.az” xəbər verir ki, bu haqda Ukrayna liderinin teleqram kanalında məlumat verilib.

Onun sözlərinə görə, Ukrayna və onun müttəfiqləri ABŞ Prezidenti Donald Trampla dünənki söhbətdən sonra detalları və ideyaları müzakirə edirlər.

Zelenski vurğulayıb ki, Vaşinqton sülh prosesinin iştirakçısı olmalıdır.

“Biz tərəfdaşlarla ruslarla növbəti görüşlər - Ukraynanın tamamilə hazır olduğu və nəticə verəcək istənilən formatda birbaşa danışıqlar barədə danışırıq. Bizə kömək edən hər kəsə minnətdaram”, - Zelenski qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью