Vaşinqton və Ər Riyad müdafiə müqaviləsi barədə razılığa gəldilər

18.11.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşündə iki ölkə arasında yeni ikitərəfli müdafiə müqaviləsi üzrə faktiki olaraq razılığa gəlindiyini açıqlayıb.

"Ölkə.az" bu barədə TASS-a istinadla məlumat yayıb.

"Biz praktik olaraq razılıq əldə etmişik", - deyə Amerika lideri bildirib.

ABŞ və Səudiyyə Ərəbistanı liderləri arasındakı görüşdə Ər-Riyada 48 ədəd Amerika beşinci nəsil F-35 qırıcı təyyarəsinin mümkün satışının müzakirə olunacağı gözlənilirdi. İsrail hazırda Yaxın Şərqdə bu tip hərbi texnikaya sahib olan yeganə ölkədir.

18 noyabrda şahzadə bin Salman Ağ Evdə Amerika lideri ilə görüşüb. O, atlı mühafizəçilərin müşayiəti ilə Ağ Evə gəlib. Onu qapıda ABŞ prezidentinin özü də daxil olmaqla, ABŞ-ın yüksək vəzifəli rəsmiləri qarşılayıb.

Görüş zamanı ABC müxbiri Trampdan ailəsinin Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əlaqələrinin onun prezident kimi işi ilə maraqların toqquşma təşkil edib-etmədiyini soruşub. ABŞ prezidenti ailəsinin biznes sövdələşmələrində hər hansı bir iştirakını rədd edib.

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью