“Vaşinqton və Kiyev arasında nadir torpaq metalları ilə bağlı saziş imzalanmağa hazırdır”

28.02.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

“Ukrayna ilə ABŞ arasında nadir torpaq elementləri üzrə saziş imzalanmağa hazırdır”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessant özünün “X” sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə sazişin bütün mətni hazırlanıb və bir sənədi imzalamaq qalır.

Skott bildirib ki, saziş bu gün ABŞ Prezidenti Donald Trampla Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında imzalanacaq.

"Bu, faydalı qazıntılar, neft, qaz və infrastruktur aktivləri ilə bağlı sazişdir. Bu, həqiqətən də, Amerika iş adamlarını və Ukraynanı bir araya gətirir", - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью