Vaşinqton və Pekin tarif gərginliyini yumşaldır 90 günlük razılıq əldə olundu

12.05.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Çin arasında davam edən ticarət mübahisələrində gərginliyin azaldılması istiqamətində mühüm addım atılıb. İki ölkə son tariflərin əksəriyyətini geri götürmək və qarşılıqlı razılaşma əsasında ticarət mübahisələrini həll etmək üçün 90 günlük barışıq elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Cenevrədə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrir məlumat verib.

O bildirib ki, ABŞ Çin mallarına tətbiq etdiyi 145 faiz tarifləri 30 faizə endirməyə, Çin isə ABŞ mallarına yönəlik tarifləri 10 faizə salmağa razılaşıb.

Tariflərin azaldılması ilə bağlı bu açıqlama beynəlxalq maliyyə bazarlarında müsbət reaksiya doğurub və birjalarda əhəmiyyətli yüksəliş müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью