Vaşinqtonda federal əməliyyat

20.08.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Tramp “təhlükəsizliyi qorumaq və cinayət nisbətlərini azaltmaq” üçün Vaşinqtonda “ictimai təhlükəsizliklə bağlı fövqəladə vəziyyət” elan edib. Milli Qvardiyanın əməkdaşları 465 nəfəri saxlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Leavitt Milli Qvardiyanın yerləşdirildiyi paytaxtda “zorakı cinayətlərə qarşı” həyata keçirilən əməliyyatların təfərrüatlarını təqdim edib.

Leavitt, “ictimai təhlükəsizliklə bağlı fövqəladə vəziyyət” çərçivəsində indiyədək 465 nəfərin saxlanıldığını və təkcə dünən El Salvador əsilli MS-13 dəstə üzvü də daxil olmaqla 52 nəfərin saxlanıldığını bildirdi.

Ağ Ev sözçüsü paytaxt küçələrindən 48 evsiz düşərgəsinin yığışdırıldığını və əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Leavitt həmçinin qeyd edib ki, digər həbslər bıçaqlanma, adam öldürmə, adam öldürməyə cəhd, federal hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum və ağırlaşdırılmış hücum üçün verilmiş həbs orderləridir.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью