Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
İsrail İranın hərbi-siyasi rəhbərliyində mühüm yer tutan iki yüksək rütbəli generalın – Yəhya Rəhim Səfəvi və Əhməd Vahidinin zərərsizləşdirilməsi məsələsində ABŞ-ın razılığını almağa yaxındır.
"Cebheinfo.az" xəbər verir ki, belə bir iddia ilə jurnalist Moşe Kohen çıxış edib.
Məlumata görə, İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Gofman bu yaxınlarda Vaşinqtona səfər edərək amerikalı rəsmilərlə məsələni müzakirə edib. Gofman görüşlər zamanı bildirib ki, Səfəvi və Vahidinin aradan götürülməsi İranın hərbi komandanlıq zəncirinə və ümumi idarəetmə sisteminə ağır zərbə vuracaq.
“Mossad” rəhbəri diqqətə çatdırıb ki, sözügedən şəxslər təkcə sıravi generallar deyil, həm də İranın hərbi doktrinasının müəllifləri və rejimin hərbi-ideoloji konsepsiyasının əsas memarlarıdır. İsrail tərəfi hesab edir ki, bu iki fiqurun sıradan çıxarılması Tehran rejiminə sarsıdıcı təsir göstərəcək.
Qeyd olunur ki, Tramp administrasiyası İsrailin bu təklifinə müsbət yanaşır və hazırda Vaşinqtonda məsələ ətrafında ciddi müzakirələr aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin