Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 oktyabr, AZƏRTAC Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən ənənəvi Türk Festivalında Azərbaycan təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, festivalda komitənin dəstəyi və Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə stend qurulub.
Stenddə milli geyimli gənclər, broşürlər və Azərbaycan bayraqları vasitəsilə ölkəmizin zəngin tarixi, adət-ənənələri və müasir siması nümayiş etdirilib.
Ziyarətçilər səslənən milli musiqilər və interaktiv təqdimatlarla ölkəmiz, eyni zamanda, Azərbaycan Evinin fəaliyyəti barədə məlumatlandırılıblar.
Onlara Azərbaycan bayraqları hədiyyə edilib.Festival boyunca stendin fəaliyyətinə “CAN” Könüllülük və İnkişaf Proqramının 7 fəal üzvü dəstək göstərib.
Onlar ziyarətçilərə ölkəmiz haqqında məlumat veriblər. Eyni zamanda, gəncləri “CAN” Könüllülük və İnkişaf Proqramı çərçivəsində müxtəlif lay
Tədbir çərçivəsində soydaşlarımız ilk dəfə olaraq səhnədə musiqili-mədəni proqramla çıxış ediblər.