Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Rutte oktyabrın 21-də Ağ Evdə danışıqlar aparmaq üçün **Vaşinqtona səfər edib.**
Təşkilatın yaydığı bəyanatda qeyd olunur:
“NATO-nun baş katibi Mark Rutte 2025-ci il oktyabrın 21-dən 22-dək Vaşinqtona səfər edəcək. Baş katib ABŞ prezidenti Donald Trampla görüşəcək”,
Görüşdə Ukraynadakı vəziyyət, Avropa təhlükəsizliyi və ABŞ-NATO münasibətlərinin gələcək istiqamətlərinin müzakirə ediləcəyi gözlənilir.
Tahir Turan
Globalinfo.az