Vaşinqtonda metroda yanğın

21.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin paytaxtı Vaşinqtonda Rayburn Ofisi ilə ABŞ Konqres binaları arasında yerləşən metro tunelində baş verən yanğında 2 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ yerli mediasında yer alan xəbərlərə görə, Konqres kompleksindəki Kapitoli binası ilə Nümayəndələr Palatasına məxsus Rayburn Ofisi binalarını birləşdirən metro tunelində elektrik nasazlığı səbəbilə yanğın baş verib.

Rəsmilər yeraltı sistemdəki yanğın nəticəsində yaranan sıx tüstüyə görə hər iki binadakı işçilərin qısa müddətlik təxliyə edildiyini bildiriblər.

Yanğının qısa müddətdə nəzarət altına alındığı və ilkin məlumatlara görə 2 nəfərin yaralandığı qeyd olunub.

Yaralıların müalicə altına alındığı bildirilib, metrodakı sərnişinlərin yaralanıb-yaralanmadığı barədə isə hələlik məlumat verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью