Vaşinqtonda QALMAQAL: Trampın köməkçisi iş yazışmalarını şəxsi poçtdan aparıb | Icma.az
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) digər üzvləri xidməti yazışmalar üçün "Gmail" elektron poçtundan istifadə ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Uolts öz qrafikini, iş sənədlərini və digər faylları göndərmək üçün "Google" poçt xidmətindən istifadə edib.
"Şəxsi elektron poçtdan istifadə hətta məxfi olmayan materiallar üçün belə risklidir, nəzərə alsaq ki, xarici kəşfiyyat xidmətləri milli təhlükəsizlik üzrə köməkçi kimi yüksək vəzifəli hökumət məmurlarının yazışmalarına və cədvəllərinə xüsusi əhəmiyyət verirlər", - deyə nəşrdə qeyd edilir.
Mənbələrdən birinin bildirdiyinə görə, Uolts, həmçinin Somalidəki vəziyyəti və Ukraynada hərbi əməliyyatların gedişatını müzakirə etmək üçün "Signal" mesencerində qruplar yaradıb.
MTŞ-nin mətbuat katibi Brayan Hyuz bu məlumatları təkzib edərək, Uolts və həmkarlarının iş yazışmalarında yalnız xüsusi şifrələnmiş platformalardan istifadə etdiklərini bildirib.
"Uolts məxfi məlumatları açıq hesaba göndərməyib və göndərməzdi", - deyə Hyuz qeyd edib.
Tam oxu
Xəbəri oxu