Vaşinqtonda Qrenlandiya ilə bağlı növbəti görüş keçirilib

23.01.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Danimarka, ABŞ və Qrenlandiya arasındakı vəziyyətlə bağlı həll yolu tapmaq məqsədilə Vaşinqtonda daha bir görüş baş tutub.

525.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.

O, iki ölkə tərəfindən yaradılmış işçi qrupunda "sakit proses"ə ehtiyac olduğunu vurğulayıb.

"Təfərrüatlara varmadan deyə bilərəm ki, Vaşinqtonda keçirilən görüşdə bu şəkildə hərəkət edəcəyimiz təsdiqləndi və fəaliyyət planı hazırlandı. Görüşlərin tarixlərini açıqlanmayacaq, çünki biz dramdan qaçmaq istəyirik, indi sakit bir prosesə ehtiyacımız var", - nazir söyləyib.

XİN başçısı Vaşinqton görüşündə kimlərin iştirak etdiyini dəqiqləşdirməyib. 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью