Vaşinqtonda silahlı insident baş verib

12.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 11 noyabr, AZƏRTAC

ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində bir neçə nəfər güllələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” telekanalı polis mənbələrinə istinadla məlumat yayıb.

Vaşinqtonun Metropolitan Polis Departamenti şəhərin şimal-qərbində, 15-ci küçə ilə P küçəsinin kəsişməsində aktiv atışma ilə bağlı əməliyyat aparıldığını açıqlayıb.

Hadisə yerinə polisin xüsusi təcili müdaxilə qrupu cəlb edilib. ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları hadisə yerində işləyir.

Silahlı insidentin səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью