Vaşinqtonda Trampa qarşı aksiya keçirilib

19.01.2025

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Minlərlə insan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasına qarşı Vaşinqtonda aksiya keçirib.
Demokrat.az TASS agentliyinin müxbirinin verdiyi məlumata istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən aksiya zamanı minlərlə insan Trampın prezidentliyinə etiraz etmək üçün bir araya gəlib.
Etirazçılar "Xalq Yürüşü" adlı aksiya çərçivəsində şəhərin mərkəzində, Ağ Evin yanından və Milli Mall boyunca Linkoln Memorialına doğru yürüş ediblər. Aksiyada qadın hüquqları, irqi ədalət və digər məsələlər uğrunda mübarizə aparan fəallar iştirak ediblər. Onlar Respublikaçı Trampın ikinci müddəti ərzində konstitusiya hüquqlarını təhdid edəcək siyasətlərə qarşı çıxıblar.
Aksiya təşkilatçıları tədbirə 50,000-dən çox insanın qatılacağını proqnozlaşdırsa da, iştirakçı sayı gözləniləndən xeyli az olub.
Donald Trampın inauqurasiyası yanvarın 20-nə planlaşdırılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью