Vaşinqtondan Bakıya BAXIŞ Cənubi Qafqazda vacib oyunçu...

10.08.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Mətləb Salahov: “Donald Tramp Administrasiyası üçün Azərbaycan vacib tərəfdaşdır, lakin Paşinyanı Sülh Müqaviləsinə qol çəkdirmək də günün ən aktual məsələsidir”

“Azərbaycan və ABŞ prezidentləri arasındakı son telefon danışığı, habelə ötən ilin bu vaxtı Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamə ilk növbədə Azərbaycanın dünya siyasəti üçün önəminin artdığını sübut edir. Donald Tramp Administrasiyası əla anlayır ki, Azərbaycan bölgədə bütün proseslər üçün kilid ölkədir. Xüsusilə regionda yeni loqistika layihələri və iqtisadi inteqrasiya işində rəsmi Bakının önəmini okeanın o tayında gözəl anlayırlar. Əlbəttə, bütün bu sadaladıqlarım olduqca önəmli faktlardır. Lakin var gücümüzlə çalışmalıyıq ki, bütün proseslərdən öz milli maraqlarımız üçün yararlanaq. Hazırda bölgədə taleyüklü proseslər aparılər. TRAPP layihəsinin işə salınmasına hazırlıq görülür.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-araşdırmaçı Mətləb Salahov bildirib. O qeyd edib ki, Ağ Ev təmsilçilərinin daima Azərbaycanı strateji tərəfdaş adlandırmaları müsbət hal sayılsa da, rəsmi İrəvanı Azərbaycanla Sülh Müqaviləsinə qol çəkdirmək üçün tələsdirməməsi, bu istiqamətdə hələ ki, gözə dəyən heç bir addımın atılmaması təəsüf doğurur. “Hazırda bölgədə ABŞ-ın strateji maraqlarına uyğun qitisadi və logistika layihələri reallaşdırılır. ABŞ var gücü ilə çakıçşır ki, Cənubi Qafqazda möhkəmlənsin, Rusiyanı tamamilə bu bölgədən sıxışdırıb atsın və onun yerini tutsun. Üstəlik bütün proseslərdə də udan tərəf məhz rəsmi İrəvandır. Nikol Paşinyanın son seçkilərdəki qələbəsi üçün çalışan ABŞ, indi də Ermənistanın sürətlə dünya bazarlarına inteqrasiyasına və Rusiyadan iqtisadi asılılığının azaldılmasına çalışır. Həttda Avropa Birliyi də erməni məhsullarının

Avropa bazarlarına rüsumsuz çıxışı üçün yaşıl işıq yandırır. Açıq şəkildə Ermənistanın ayağa qaldırılması, gücləndirilməsi və Rusiyadan asılılığına son qoymaq üçün çalışırlar. Lakin rəsmi İrəvanın Vaşinqtonda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə və Sülh Müqaviləsinə qol çəkməsinə çalışmaq lazımdır.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью