Vaşinqtondan hərbi hazırlıq: Bu ərazilərdə bazalar gücləndirilir

18.11.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Şərqi Aralıq dənizindəki hərbi mövcudluğunu gücləndirdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, Yunanıstan mediasının məlumatına görə, Vaşinqton administrasiyası Krit adası və Kipr Respublikasındakı hərbi bazaların imkanlarının genişləndirilməsi istiqamətində işləri sürətləndirib.

Yunanıstanın “Kathimerini” qəzeti yazır ki, ABŞ Yaxın Şərqdəki münaqişələr və regionda baş verən son hadisələr fonunda Şərqi Aralıq dənizindəki hərbi mövcudluğunu yenidən təşkil edir. Vaşinqtonun Amerika qüvvələrinin Yaxın Şərqdə uzunmüddətli yerləşdirilməsi ilə bağlı planlara yenidən baxdığı bildirilir.

Məlumata əsasən, Krit adasındakı Suda Hərbi Dəniz Bazası və Akrotiri Hava Bazası bu planlarda mühüm rol oynayır.

Nəşr həmçinin iddia edir ki, ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi üçün Kipr Respublikasında infrastruktur işlərini sürətləndirir.

Aytən Yaşar/Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью