Vaşinqtonla Tehran arasında danışıqlar aparılmır

22.10.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Tramp: “Münaqişənin həlli üçün İranla heç bir danışıqlar aparılmır”

 “Vaşinqton hazırda münaqişənin həlli üçün Tehranla danışıqlar aparmır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Xeyr, güman edirəm ki, biz onlarla danışıqlar aparmırıq", deyə Ağ Ev rəhbəri qeyd edib.

Tramp həmçinin iki ölkə arasında münaqişənin yaxın gələcəkdə həll olunacağına əminliyini ifadə edib.

Amerika liderinin sözlərinə görə, vəziyyət “bu və ya digər şəkildə” həll olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью