Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“İnsanda belə bir təəssürat yaranır ki, Putinlə Trampın telefon danışığı bizim və ya Azərbaycanın regiondakı gələcəyini həll edəcək.
Amma bu, belə deyil. Guya Qarabağı qaytaracaqları, ya da Ermənistanı Azərbaycana verəcəkləri də doğru deyil.
Ermənistan Azərbaycana verilməyəcək, Qarabağ da ermənilərə qaytarılmayacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan “Aysor.am”-ın “Suallar var” proqramında bildirib.
“Təbii ki, Ukrayna ilə bağlı qərarlar geosiyasi uyğunlaşmaya təsir edəcək, lakin fövqəldövlətlərin hər şeyi atıb diqqətini Cənubi Qafqaza yönəldəcəyini gözləmək real deyil”, - deyə o bildirib.
“Vaşinqtonun Cənubi Qafqaza diqqəti artmır, əksinə, uzun müddətdir ki, azalır.
Vaşinqtonun Cənubi Qafqazla bağlı strategiyası olmayıb, yoxdur və olmayacaq.