Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Səfərin məqsədi Tramp administrasiyasının təşəbbüsü ilə başlanmış Qəzza nizamlanmasının "ikinci mərhələ" danışıqlarının icrasını təmin etməkdir..." Oktyabrın 21-də ABŞ vitse-prezidenti Cey Di Vens ilk rəsmi səfəri ilə İsrailə gəlib.
Ben Qurion hava limanında onu ədliyyə naziri Yariv Levin qarşılayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
ABŞ vitse-prezidenti İsraildə Vens iki gün ərzində İsrailin prezidenti, baş naziri, eləcə də azad edilmiş girovlar və onların ailələri ilə görüşəcək.
Onun əsas məqsədi Qəzza ilə bağlı razılaşmanın yerinə yetirilməsini yoxlamaq və Tramp administrasiyasının təşəbbüsü ilə başlanmış "ikinci mərhələ" danışıqlarının icrasını təmin etməkdir.
Vensin səfəri çərçivəsində ABŞ tərəfindən yaradılmış xüsusi qərargahın fəaliyyətinə də nəzarət ediləcək.
Həmin qərargah İsrail və HƏMAS arasında əldə olunmuş sazişin icrasına nəzarət üçün nəzərdə tutulub.