Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bayden administrasiyası tərəfsiz qala bilmədi Azərbaycan ikili görüşlərlə bütün problemlərin həllinə nail olur 2024-cü il Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prinsipi üzrə aparılan danışıqlarda yeni bir mərhələ yaratdı.
Artıq bir ildir ki, məsələ iki ölkə arasında vasitəçisiz görüşlər əsasında müzakirə olunur.
Qeyd edək ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi, separatçı xunta rejiminin təslim və ləğv olması sülh prosesində mənzərəni bir az da aydınlatdı - məsələ beynəlxalq gündəlikdən düşdü və sadəcə olaraq, iki dövlətin arasında nizamlama prosesinə çevrildi.
Hətta bu ikitərəfli görüşlər bir sıra nəticələrə də yol açdı - ötən ilin dekabrında iki ölkənin müvafiq strukturlarının birgə bəyanatı, delimitasiya və demarkasiya komissiyaları arasında keçirilən çoxsaylı görüşlər, nəhayət, bu ilin aprelin 19-da 4 kəndin azad edilməsi ilə bağlı razılığın əldə olunması, yayda iki ölkənin müvafiq strukturlarının delimitasiya və demarkasiya prosesi ilə bağlı Əsasnamə qəbul etməsi aparılan danışıqlarda mühüm bir məsafə qət edildiyini göstərir.
Beləliklə, regionda sülhün əbədiliyinin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və sərhədlərin müəyyənləşdirilməsi danışıqlar prosesinin əsasını təşkil etdi...
Maltada görüş baş tutmadı... Sirr deyil ki, Cənubi Qafqazda baş verən proseslər, xüsusilə danışıqlar prosesi bu və ya digər şəkildə beynəlxa
Ayrı-ayrı dövlətlər, təşkilatlar danışıqlar prosesinin gələcək inkişafı ilə bağlı münasibətlərini sərgiləyir, ikitərəfli görüş üçün şəraitin