Vaskes Sevillaya keçə bilər

17.02.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

"Real Madrid"in sağ cinah müdafiəçisi Lukas Vaskes mövsüm başa çatdıqdan sonra klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun hazırkı müqaviləsi yayda başa çatır və tərəflər hələlik gələcək əməkdaşlığın şərtlərini razılaşdırmayıblar. 

"Sevilla" yayda oyunçunu heyətinə qatmaq istəyir.

Lukas Vaskes 2015-ci ildən "Real Madrid"də çıxış edir.

Bu mövsüm ispaniyalı Karlo Ançelottinin komandasının heyətində bütün turnirlərdə 30 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью