Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Formula-1” komandalarından “Ferrari”nin rəhbəri Frederik Vasser yeni və uzunmüddətli müqavilə bağlayıb. Bununla bağlı xəbəri komandanın saytı yayıb.
“Ferrari”nin mətbuat xidməti Vasserin sözlərinə də yer verib:
“Ferrari”yə mənə etimad göstərməkdə davam etdiyinə görə minnətdaram. Müqavilənin uzadılması tərəqqini davam etdirmək, qarşıya qoyulan hədəflərə çatmaq baxımından yeni çağırışdı. Son 30 ay ərzində möhkəm fundament qoymuşuq, ardıcıl və qətiyyətli şəkildə işi davam etdirməliyik”.