“Vatford”da məşqçi qalmaqalı: gəl, get, gəl, get…

11.10.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Vatford” klubunda inanılmaz statistika diqqət çəkib.

Fanat.Az xəbər verir ki, klubun sahibi olan Pozzo ailəsi son 14 il ərzində 23 fərqli baş məşqçi ilə çalışıb.

Bu, Avropa futbolunda az rast gəlinən hallardandır. Klub rəhbərliyi az qala hər mövsüm bir neçə dəfə məşqçi dəyişməklə ad çıxarıb.

Aşağıda “Vatford”u 2011-ci ildən bu günə qədər çalışdıran baş məşqçilərin siyahısın təqdim edirik:

Şon Dayç (2011/12) Canfranko Zola (2012/13) Cüzeppe Sannino (2013/14) Oskar Qarsia (2014/15) Billi Makkinley (2014/15) Slavişa Yokanoviç (2014/15) Kike Sançes Flores (2015/16) Valter Mazzarri (2016/17) Marko Silva (2017/18) Xavi Qrasiya (2018/19) Kike Sançes Flores (2019/20) Heyden Mallins (2019/20) Naycel Pirson (2019/20) Vladimır İviç (2020/21) Ksisko Munyos (2020/21) Klaudio Ranieri (2021/22) Roy Hodcson (2021/22) Rob Edvards (2021/22) Slaven Biliç (2022/23) Kris Vaylder (2022/23) Valerian İsmael (2023/24) Tom Kloverli (2024/25) Paulo Pezzolano (2024/25) Xavi Qrasiya (2025/-)

“Vatford”un bu qədər tez-tez məşqçi dəyişməsi klubun sabitliyinə ciddi təsir edib. Komanda son illərdə Premyer Liqa ilə Çempionşip arasında “gedib-gələn” klub kimi tanınır.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью