“Vatican News”un Azərbaycan dili bölməsi fəaliyyətə başlayıb

08.04.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Vatican News”un Azərbaycan dili bölməsi fəaliyyətə başlayıb.

APA xəbər verir ki, Müqəddəs Taxt-Tacın əsas informasiya agentliklərindən biri olan “Vatican News” veb səhifəsinin Azərbaycan dili bölməsi fəaliyyət göstərməyə başlayıb.

“Vatican News” Müqəddəs Taxt-Tacın xəbər portalıdır.

“Vatican News” çoxdilli, çoxmədəniyyətli, çoxkanallı, multi-media və müxtəlif cihaz platformasında audio, video, mətn və şəkillər vasitəsilə rabitəni və qarşılıqlı əlaqəni təmin edir.

Agentlikdə dörd tematik sahədə, Papanın, Müqəddəs Taxt-Tacın və yerli Kilsələrin fəaliyyəti, habelə dünya xəbərləri ilə bağlı məlumatlar yer alır. “Vatican News” Vatikan Radiosunun dil proqramlarının əməliyyat strukturu üzərində qurulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью