Vatikan Papa XIV Leo nun rəsmi gerbini təqdim etdi

10.05.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə Papa Evinin Prefekturası açıqlama yayıb.
Gerb iki hissəyə bölünmüş qalxan şəklindədir. Sol tərəfdə, mavi fonda ağ zanbaq Tanrı Anasının saflığını və günahsızlığını simvolizə edir. Sağ tərəfdə isə Avqustin ordeninin simvolu – alovlu bir ürək təsvir olunub. Ürəyin içində bir kitab (İncil) yerləşdirilib və o, oxla deşilib – bu da Müqəddəs Avqustinə istinadən “Sən öz sözünlə ürəyimi vurdun” ifadəsini əks etdirir.
Gerbin altında Papa XIV Leo-nun seçdiyi deviz yer alıb: “Hamısı bir olsun”.
Ənənəyə uyğun olaraq, gerbdə iki çarpaz açar – səma və yer səltənətlərinin simvolu da əks olunub. Qeyd edək ki, XVI Benediktdən başlayaraq, papalar ənənəvi papa tacı (diadem) təsvirindən imtina ediblər. Onun yerini pontifiklərin geydiyi mitrə (uc formalı papaq) alıb və bu dəyişiklik XIV Leo-nun gerbində də öz əksini tapıb.
Kardinallarla keçirilən səhər görüşündə Papa XIV Leo bildirib ki, ad seçimində XIII Leo-ya istinad edilib – bu addım sosial məsələlərə diqqət çəkmək məqsədi daşıyır.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью