Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vatikan Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında qeyd edilib.
Bu gün səhər saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski və Papa XIV Leo Vatikanda görüşüblər.
Görüşdən sonra Vatikanın bəyanatında bildirilir ki, onlar “davam edən münaqişəni və ədalətli, davamlı sülhün təcili zərurətini müzakirə ediblər”.
“Səmimi söhbət zamanı, dialoqun hərbi əməliyyatlara son qoymaq üçün arzuolunan vasitə kimi vacibliyi bir daha təsdiqləndi.
Müqəddəs Ata müharibə qurbanları üçün başsağlığı verib, dualarını və Ukrayna xalqına olan dəstəyini təkrar edib, məhbusların azad edilməsinə və birgə həll yollarının tapılmasına yönəlmiş bütün səyləri təşviq edib”, - deyə bildirilir.
Müqəddəs Ata, həmçinin, Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu təsdiqləyib, - deyə məlumatda bildirilir.