Vatikanda ilk gün uğursuz oldu Yeni Papa seçilmədi

07.05.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Vatikanda Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Sistina Kapellasının bacasından çıxan qara tüstü bunu təsdiqləyib.

Bu o deməkdir ki, 133 kardinaldan ibarət Konklav üzvləri ilk səsvermə zamanı yekdil qərara gələ bilməyiblər və Papa seçkisi prosesi davam edəcək.

Sabahdan etibarən və yeni Papa seçilənədək gündə maksimum dörd səsvermə keçiriləcək.

Qeyd edək ki, yeni Papa seçildikdə Sistina Kapellasının bacasından ənənəvi olaraq ağ tüstü çıxacaq.

Bu proses Konklavın yekdil qərar qəbul etdiyini simvolizə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью