Vatikanda ilk qadın prefekt təyin edilib AZƏRTAC

07.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vatikan, 7 yanvar, AZƏRTAC

Müqəddəs Taxt-Tacda ilk dəfə qadın prefekt təyin olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Simona Brambillanı Həvarilərin müqəddəs həyatı və cəmiyyətləri üzrə dikasteriyanın (şöbə) prefekti təyin edib. İtaliyadakı Konsolata Missionerlərinin keçmiş baş keşişi olan Simona Brambilla Vatikanda bu vəzifəyə təyin olunan ikinci qadındır.

Fransiskin pontifikliyi dövründə Müqəddəs Taxt-Tacda yüksək vəzifələrdə çalışan qadınların sayı artıb. 2013-2023-cü illərdə Vatikanda qadınların nisbəti 19,2 faizdən 23,4 faizə yüksəlib, ötən on il ərzində iki qadın yüksək vəzifələrə təyin edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью