Vatikanda Roma Papasının vəziyyətinin yaxşılaşdığı bildirilib | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fevralın 14-dən pnevmoniya diaqnozu ilə xəstəxanada müalicə alan Roma Papası Fransiskin vəziyyəti bir qədər yaxşılaşıb.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“Roma Papasının vəziyyəti stabildir və bu, müalicənin müsbət nəticə verdiyini göstərir.
Kiçik bir yaxşılaşmadan danışmaq olar, lakin həkimlər təmkinli yanaşaraq hələ də ehtiyatlı proqnoz verirlər”, – məlumatda qeyd olunub.
Vatikan bazar günü ənənəvi moizənin baş tutmayacağını açıqlayıb.
Son üç həftədə olduğu kimi, moizənin mətni Müqəddəs Taxt-Tacın mətbuat xidməti tərəfindən yayılacaq.
"Cebheinfo.az" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu