Vatsap gələn ay bu üç cihazda işləməyəcək

26.04.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan Vatsap mayın 5-dən bəzi köhnə Ayfon modelləri üzərində işləməyi dayandıracaq. Bu tarixdən sonra onlar mesaj göndərə və ya qəbul edə bilməyəcəklər.

Yenisabah.az Milli.az-a istinadən həmin cihazları təqdim edir:

Ayfon 5s

Ayfon 6

Ayfon 6 Plus

Meta ilə əlaqəli proqram indi yalnız iOS 15.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda dəstəklənəcək. Bu o deməkdir ki, köhnə modelləri olan istifadəçilər Vatsapdan istifadə etmək üçün ya cihazlarını təkmilləşdirməli, ya da iOS 15.1-ə yeniləməli olacaqlar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью