Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vatsap uzun müddətdir gözlənilən “istifadəçi adı” funksiyasını Android sistemində test etməyə başlayıb.
Artıq nömrə paylaşmadan da ünsiyyət qurmaq mümkün olacaq. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl iOS beta versiya
Beləliklə, kiminləsə əlaqə yaratmaq üçün artıq nömrə paylaşmağa ehtiyac olmayacaq.
Tətbiqin son beta versiyasında yer alan ekran görüntülərinə görə, istifadəçilər söhbətlər bölməsindəki axtarış hissəsinə istifadəçi adı yazaraq həmin şəxsi tapa biləcəklər.
Əgər qarşı tərəf profil şəklini hər kəsə açıq olaraq təyin edibsə, axtarış nəticələrində şəkilləri də görünəcək.
Tapılan hesabla adi söhbətlərdə olduğu kimi ucdan-uca şifrələmə ilə təhlükəsiz şəkildə yazışmaq mümkün olacaq.
Səsli və görüntülü zənglər, media göndərişi və digər bütün söhbət funksiyaları da istifadə edilə biləcək.