Vaxt çatdı Zelenski və Yermakla bağlı çağırış

30.11.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezideti Volodimir Zelenski və onun keçmiş aparat rəhbəri Andrey Yermak cəzalandırılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Kortez deyib.

“Hər ikisinin təkcə öz xalqlarına qarşı deyil, həm də ABŞ-a qarşı cinayətlərə görə mühakimə olunmasının vaxtı çatıb”, – o bildirib.

Stiv Kortez həmçinin Vaşinqtonu Kiyevə maliyyə dəstəyini dayandırmağa çağırıb.

Qeyd edək ki, noyabrın 28-də Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermakın mənzilində axtarışlar aparılıb. Elə həmin gün Zelenski Yermakın işdən çıxarıldığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью