Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan

20.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"

Belçika millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Jeremi Doku dünya çempionatı ərəfəsində gündəmə gəlib.

QOL.az xəbər verir ki, buna futbolçunun həyat yoldaşının övlad dünyaya gətirməsi zamanı orada iştirak etmək üçün yığmanın düşərgəsini müvəqqəti tərk etməyə hazır olması səbəb olub.

Bu, “L’Equipe” nəşrinin jurnalisti Frans Pyerronun sərt reaksiyasına yol açıb. O, Dokunun bu səbəbdən emosional və fiziki baxımdan yorulacağını bildirib:

"Sən 10 saat vaxt itirəcəksən, yorulacaqsan, emosional sarsıntı yaşayacaqsan, tamamilə tükənəcəksən və dünya çempionatına hazır olmayacaqsan".

Jurnalistin fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb. Boks üzrə sabiq olimpiya çempionu Braim Aslum isə övladın dünyaya gəlməsinin istənilən turnirdən daha vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Belçika Futbol Assosiasiyası hələlik Dokunun İrana qarşı qrup mərhələsi oyununda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью