Vaxt məlum deyil, Bakı ilə fikir mübadiləsi aparırıq Qriqoryan

21.04.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistan və Azərbaycan sərhədlərin demarkasiyası işinin növbəti mərhələləri ilə bağlı fikir və təklif mübadiləsini davam etdirirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”in sualını cavablandırarkən deyib.

Qriqoryan sərhədin demarkasiyası prosesi ilə bağlı son vəziyyətdən danışıb:

“Delimitasiya və demarkasiya komissiyalarının növbəti iclasının vaxtı ilə bağlı konkret razılaşma yoxdur. Tərəflər demarkasiya işlərinin növbəti mərhələlərinin işçi qaydada təşkilinə dair fikir və təklif mübadiləsini davam etdirirlər”.

Ayşən Mustafa
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью