Vaxtı açıqlandı: ABŞ bu ölkəyə 50dək F35 göndərir

01.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

ABŞ Hərbi Hava Qüvvələri 2026-cı ilin yazında Yaponiyanın əsas Honsyu adasının şimalında yerləşən Misava aviabazasında 48 ədəd beşinci nəsil "F-35A" döyüş təyyarəsini yerləşdirməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kyodo" agentliyi yerli bələdiyyəyə istinadən məlumat yayıb.

"Misava ABŞ və Yaponiya Hərbi Hava Qüvvələri arasında bölüşdürülür. Tokio 2018-ci ildən ABŞ-dan alınan və həmçinin lisenziya əsasında Yaponiyada yığılan "F-35A"larını orada saxlayır. Tokio bu yolla hərbi hava qüvvələrinin ehtiyacları üçün iki modifikasiyadan ibarət cəmi 105 ədəd "F-35" almaq və iki yüngül təyyarə daşıyıcısını təchiz etmək niyyətindədir", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, əvvəllər Pentaqon Misavaya 48 ədəd "F-35A"nın yerləşdirilməsinin planlaşdırıldığını bildirsə də, konkret tarixlər açıqlamamışdı. Onlar hazırda orada olan 36 ədəd dördüncü nəsil "F-16" qırıcı-bombardmançı təyyarələrini əvəz etməlidirlər. Bu bazada anqarların və digər obyektlərin modernləşdiriləcəyi və ya yenidən qurulacağı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью