Vaxtı bitmiş xərçəng dərmanları satanlar saxlanıldı

02.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə polisi müddəti bitmiş xərçəng dərmanlarını yenidən qablaşdıraraq satan şəxslərə qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlama verib.

Onun sözlərinə görə, İstanbul da daxil olmaqla 11 vilayətdə eyni vaxtda əməliyyatlar keçirilib.

Əməliyyatlar zamanı 22 şübhəli saxlanılıb və daha 2 şübhəlinin müəyyən edilməsi üçün axtarışlar davam etdirilir.

Məlumata görə, müddəti bitmiş xərçəng dərmanlarının satışı ilə 4 şirkət məşğul olub.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью