Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.
Bütün hallarda iştirakçıların suallarına verilən cavablar Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətindən irəli gəlirdi”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
Deputat qeyd edib ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak etdi.
Müşfiq Cəfərov “Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xankəndidən beynəlxalq aləmə səslənərək, həm Azərbaycan həqiqətlərini, həm də qlobal siyasətdə olan qaranlıq məqamları açıq şəkildə vurğuladı.
Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “siz...
Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, “bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub.