Milli.az saytına istinadən Icma.az xəbər verir.
"Rəngarəng" verilişində müğənni Əlikram Bayramovun həmkarı Mənzurə Musayeva ilə bağlı səsləndirdiyi açıqlama geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, canlı efirdə səmimi danışan sənətçi gözlənilməz fikirləri ilə diqqət çəkib.
Əlikram Bayramov bildirib ki, vaxtilə fərqli qərarlar verilsəydi, bu gün münasibətlər tam başqa cür ola bilərdi. Onun "Vaxtında qızını ərə versəydi, indiyə Mənzurənin anası ilə ana-bala idik" sözləri studiyada təəccüb yaradıb.
"Siz aparıcılar məcbur edirsiniz sanki. Adam ürəyini açır, danışır" deyə sənətçi qeyd edib.
Əlikram Bayramovun bu açıqlamaları sosial şəbəkələrdə yayılıb və müzakirə yaradıb.
Musa
Milli.Az