Vaxtında uçota durmayan internet provayderi cərimələnib

23.01.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (Agentlik) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliyə uyğun uçota alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən "Unikal"a verilən məlumata görə, qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır.

“Classnet” Məhdud Məsuliyyətli Cəmiyyətinin uçota alınma üçün təqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub. Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub. 

Agentlik internet telekommunikasiya xidməti göstərən operator və provayderləri uçota durma qaydalarına riayət etməyə çağırır və bu istiqamətdə operator və provayderlər üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirməklə metodoloji və texniki dəstək göstərir. Telekommunikasiya operatorları və provayderləri üçün sözügedən sahə üzrə çətinlik yarandığı halda, Agentlik səlahiyyətləri çərçivəsində kömək etməyə daim hazırdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью