Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Vaxtından əvvəl doğulmanın səbəbləri müxtəlifdir. Əsas məsələ hamiləlik dövründə düzgün qidalanma, sağlamlıq imkanlarına diqqət yetirilməsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitununun pediatrı Xuraman Məmmədova qurumun təşkil etdiyi canlı yayım zamanı bildirib.
Həkimin sözlərinə görə, vaxtından əvvəl doğulmanın səbəbləri arasında digər psixoloji nüanslar da var:
"Fiziki və psixoloji şiddət kimi amillər vaxtından əvvəl doğulma səbəblərindəndir".
Əli Hüseynov