Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Sarayevo küçəsində qanuni parklanma etdiyi halda sürücüyə cərimə tətbiq olunub.
Hadisə ilə bağlı zərərçəkmiş sürücü Avtosfer.az-ın “Instagram” səhifəsinə yazaraq ətraflı məlumat verib. O bildirib ki, 77-MZ-383 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilini AYNA-nın nəzarətində olan parklanma zonasında qaydalara uyğun şəkildə saxlayıb.
Sürücünün sözlərinə görə, parklanma “Azparking” tətbiqi vasitəsilə vaxtında aktivləşdirilib. Hətta ödəniş protokolun tərtib olunduğu vaxtdan təxminən 7 dəqiqə əvvəl başladılıb. Buna baxmayaraq, sürücüyə ödənişli parklanma zonasına daxil olduqdan sonra xüsusi proqram və ya SMS vasitəsilə parklanma müddətini başladan sürücüyə cərimə protokolu tərtib olunub.
Zərərçəkmiş iddia edir ki, bu hal əməkdaşın səhlənkarlığı nəticəsində baş verib və protokol əsassızdır. O, məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şikayət edəcəyini bildirib.
Nərmin



Oxunub 254