Saglamolun saytına istinadən Icma.az xəbər verir. Statistik məlumatlara görə menofasilə qadınlarda orta hesabla 50 yaşında baş verir.
Ancaq bir sıra hallarda menstruasiyanın 38-40 yaşlarında kəsilməsi halları da az deyil.
Bu hal tibdə vaxtından qabaq menofasilə (menopauza) adlanır.
Aybaşılar 40-45 yaşlarında kəsilmiş olarsa bu, erkən menofasilə (menopauza) adlanır.
Həm vaxtından qabaq, həm də erkən menofasilə əksər hallarda irsi təbiətə malik olurlar.
Buna gorə də belə demək olar: əgər anada menofasilə tez baş vermişsə, bu hal onun qızında da belə ola bilər.
Əlbəttə ki, bu, erkən klimaksın yeganə səbəbi deyildir. Keçirilmiş bir sıra ginekoloji cərrahi əməliyyatlar (yumurtalıqların, uşaqlığın xari
Statistik göstəricilərlə təsdiq edilmişdir ki, siqaret çəkməyə meyli olan qadınlarda da klimaks daha tez baş verir.