Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Hamiləliyin 28-ci həftəsindən 36-cı həftəsinə qədər baş verən doğuşlar vaxtından qabaq doğuşlar sayılır.
Belə doğuşlar nəticəsində doğulmuş uşaqlara isə yarımçıq doğulmuşlar deyilir.
Vaxtından qabaq doğuşların səbəbləri: - ananın müxtəlif xəstəlikləri; - gecikmiş toksikozlar; - çoxdöllülük və dölyanı suların artıqlığı zamanı uşaqlığın həddindən artıq gərilməsi; - hamilənin travmatik zədələnmələri; - hamiləlik dövründə streslərin çox olması; - qadının bir sıra xəstəlikləri və s.
Vaxtından qabaq doğuş təhlükəsi qeyd edilən bu faktorların ana və dölə mənfi təsirindən ibarətdir.
Hamiləliyin istənilən dövründə qarında və ya beldə sancı şəkilli ağrıların, uşaqlıq yolundan qanlı ifrazatın meydana çıxması halları təcili olaraq həkimə müraciət etməyi tələb edir.
Hamiləlik müddətinin 42 həftə və daha artıq müddətdə davam etməsindən sonra baş verən doğuşlara gecikmiş doğuşlar deyilir.
Bu zaman doğuş müddətinə qədər (normada 40 həftə) fəaliyyət göstərərək dölü oksigen və qida maddələri ilə təmin etmiş olan cift qocalaraq bir qədər zəif fəaliyyət göstərməyə başlayır.